...

Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanmasının məqsədini tam aydın şəkildə müəyyənləşdirdi - İqor Korotçenko

Siyasət Materials 1 May 2022 08:00 (UTC +04:00)
Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanmasının məqsədini tam aydın şəkildə müəyyənləşdirdi - İqor Korotçenko
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfransda Ermənistanla sülh sazişinin imzalanmasının məqsədini tam aydın şəkildə müəyyənləşdirdi, bu bütün regiona sabitlik və çoxdan gözlənilən sülh gətirəcək.

Bunu Trend-ə Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko deyib.

"Burada əsas məsələ Ermənistanın, rəsmi Yerevanın tutmalı olduğu mövqedir. Bu gün Ermənistan rəhbərliyindən, Nikol Paşinyanın yaxın çevrəsindən gələn kifayət qədər ziddiyyətli siqnalları görürük. Bir tərəfdən sülh sazişi imzalamaq öhdəliyi və hazırlığı bəyan edilir, digər tərəfdən isə Yerevanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımaq istəməməsi kimi şərh oluna biləcək bəyanatlar da var. Yəni ermənilərin təhlükəsizliyi ilə bağlı tezis yenidən önə sürülür, yenə deyirlər ki, Azərbaycan hansısa izahat verməlidir. Paşinyanın imzası üçtərəfli bəyanatda, sonrakı Moskva və Soçi razılaşmalarında, Brüssel razılaşmalarında olduğu halda, burada hansı izahatlar verilə bilər?", - deyə İ.Korotçenko bildirib.

Onun sözlərinə görə, ya Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır və ərazi iddialarından əbədi olaraq imtina edir, bunu doktrinal olaraq, o cümlədən Ermənistan konstitusiyasında və sülh sazişində təsdiq edir, ya da yenə də bu ləngimələr, vəziyyətin normallaşması məsələsi qeyri-müəyyən müddətə təxirə salınır.

"Bununla belə, ümid etmək istərdim ki, ən azı bu gün İrəvandan eşitdiyimiz hər şey sırf daxili siyasi mübarizənin əks-sədasıdır, burada müxalifət Paşinyana hücum etməyə çalışır və o, buna qarşı mübarizə aparır. Buna baxmayaraq, sülh sazişi Azərbaycanın daha əvvəl irəli sürdüyü bütün maddələr, o cümlədən ərazi bütövlüyünün tam şəkildə tanınması əsasında imzalanacaq", - deyə hərbi ekspert bildirib.

Azərbaycan və Ermənistan nümayəndələri arasında Brüsseldə keçiriləcək görüşdən danışan İ.Korotçenko Bakı və Yerevanın sülh sazişi üzrə yekun konsensusa gələ biləcəklərinə ümid etdiyini bildirib.

"Biz bu görüşdən çox şey gözləyirik, bu, çox vacib görüşdür. Rusiya Ermənistan-Azərbaycan sülh nizamlanması prosesini alqışlayır. Rusiya Prezidenti və Rusiya Xarici İşlər Nazirliyi həmişə bildiriblər ki, Rusiya tərəfi belə təmasları, razılaşmaları alqışlayır", - deyə hərbi ekspert əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti