...

MŞ sədri ÜMŞA-nın müharibə şəraitində jurnalist təhlükəsizliyi ilə bağlı müzakirəyə qatılıb (FOTO)

Siyasət Materials 5 May 2022 19:46 (UTC +04:00)
MŞ sədri ÜMŞA-nın müharibə şəraitində jurnalist təhlükəsizliyi ilə bağlı müzakirəyə qatılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşovun da qatıldığı Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının (ÜMŞA) illik toplantı davam edir. Keniyanın paytaxtı Nayrobidə düzənlənmiş tədbirin ikinci günündə iştirakçılar quruma üzv ölkələrdə, eləcə də dünyanın bir sıra bölgələrində jurnalistiya təhdidlər barədə müzakirə aparıblar.

MŞ sədri, assosiasiyanın prezidentinin birinci müavini Ə.Amaşov bununla bağlı çıxışında Rusiya-Ukrayna müharibəsinin işıqlandırılmasından söz açıb. O bildirib ki, müharibəni işıqlandırarkən zərər görmüş media təmsilçilərinin sayı 100-ə yaxınlaşmaqdadır. Onların sırasında hücuma məruz qalanlar da var, yaralananlar da, həyatını itirənlər də. Mövcud statistika peşəni nə qədər təhlükəli olduğunu bir daha sübuta yetirməkdədir.

Ə.Amaşov çıxışında eyni zamanda müharibənin işıqlandırılması xüsusiyyətlərinə də toxunub. O deyib ki, burada da peşə tələbləri bir çox hallarda siyasi maraq və mənafelərin qurbanına çevrilməkdədir və belə bir tendensiyadan sığortalanmağın mümkünsüzlüyü təəssüf doğurmaqdadır. Şura sədrinin bildirdiyinə görə, hazırkı situasiyada jurnalistika dəyərlərinin möhkəmləndirilməsinə, həmin dəyərlərdən irəli gələn fəaliyyət dairəsinin tam müstəqil, sırf beynəlxalq hüququn normalarına, söz azadlığı prinsiplərinə əsaslanmasını təbliğ etməyə, mövcud istiqamətdə maarifləndirici tədbirlərin sayının, habelə keyfiyyətinin artırılmasına ehtiyac var. Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının da gələcək iş prioritetlərində bunları nəzərə alması son dərəcə vacibdir.

Qeyd edək ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantı öz işinə mayın 3-də başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti