Bakı. Trend:
Brüssel görüşündən sonra və ondan əvvəlki proseslər nəticəsində belə bir qənaət var ki, Ermənistan tərəfi sülh sazişinə və delimitasiya prosesinə başlamağa razılıq verib.
Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov mayın 10-da Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu istiqamətdə səylər davam etdirilir. Sülh danışıqları Azərbaycanın təklif etdiyi 5 maddə əsasında aparılmalıdır.
"Hər hansı əlavə şərtlərlə prosesə başlamaq məqsədəuyğun deyil, çünki bu, prosesi pozmaq mənasına gəlir. Ermənistan tərəfindən hələlik 5 maddəlik təklifdən imtina mövqesi sərgilənməyib", - deyə X.Xələfov əlavə edib.