...

Qazaxın 7 kəndi, Kərki ilə bağlı məsələlər delimitiasiya kontekstində həllini tapmalıdır - Xələf Xələfov

Siyasət Materials 10 May 2022 10:52 (UTC +04:00)
Qazaxın 7 kəndi, Kərki ilə bağlı məsələlər delimitiasiya kontekstində həllini tapmalıdır - Xələf Xələfov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxın 7 kəndi, Kərki kəndinin Azərbaycanın nəzarətinə qaytarılması və digər bununla əlaqəli məsələlər delimitiasiya kontekstində həllini tapmalıdır.

Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov mayın 10-da Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan heç bir zaman bəyan edə bilməz ki, bu ərazilər Azərbaycan ərazisi deyil.

"Bu ərazilər Azərbaycan ərazisidir. Bu ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması delimitasiya prosesi tələb etdiyi üçün məsələyə bu çərçivədə baxılacaq. Bu ərazilərin Azərbaycanın nəzarətinə keçməsi müzakirə olunub öz həllini tapacaq", - deyə X.Xələfov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti