...

Prezident İlham Əliyev: Biz daim işsizliklə bağlı məsələlərə diqqət yetirməliyik

Siyasət Materials 18 May 2022 21:18
Prezident İlham Əliyev: Biz daim işsizliklə bağlı məsələlərə diqqət yetirməliyik

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycandakı müsbət demoqrafik vəziyyəti nəzərə alaraq, biz daim işsizliklə bağlı məsələlərə diqqət yetirməliyik.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.

"Biz işsizlik səviyyəsini 5-6 faizə qədər azaltmağa nail olmuşuq. Lakin bunu aşağı səviyyədə saxlamaq üçün biz hər il yeni iş yerləri açmalıyıq. Çünki Azərbaycanın əhalisinin sayı, 30 il əvvəl müstəqilliyimiz əldə olunandan bu günə qədər 7 milyondan 10 milyona qədər artmışdır və indi də artmaqdadır", - deyə Prezident İlham Əliyev bildirib.

Onun sözlərinə görə, bu səbəbdən biz daha çox insan üçün iş yerlərinə sahib olmalıyıq.

"Xüsusilə də indi - dördüncü sənaye inqilabının nəticəsində bir çox işlərin artıq mövcud olmayacağı dövrdə biz özümüzü yeni iş sahələrinə hazırlamalıyıq. Yeri gəlmişkən, bu məsələ bizim bugünkü müzakirələrin mövzusu olmuşdur. Biz, həmçinin təhsil sahəsində əməkdaşlıqdan da danışdıq, xüsusilə də ölkələrimizin inkişaf ehtiyaclarına yönələn təhsil barəsində", - deyə dövlət başçısı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti