...

Baydenin Prezident İlham Əliyevə təbrik məktubu xüsusi məzmunu ilə əlamətdardır - Deputat

Siyasət Materials 21 May 2022 15:37
Baydenin Prezident İlham Əliyevə təbrik məktubu xüsusi məzmunu ilə əlamətdardır - Deputat

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubu diqqətlə seçilmiş diplomatik ifadələr və xüsusi məzmunu ilə əlamtədardır. Çünki məktubda həm 30 illik müddət ərzində ABŞ-Azərbaycan münasibətlərinin keçdiyi yola nəzər salınır, həm əldə edilən ortaq nailiyyətlərə vurğu edilir, həm də ikitərəfli və çoxtərəfli əməkdaşlığın perespektivləri ilə bağlı mühüm fikirlər bildirilir.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, ABŞ Prezidenti ilk növbədə diqqəti hazırda dünyada baş verən mühüm geosiyasi proseslərə çəkərək vaxtilə ABŞ və Azərbaycanın həyata keçirdiyi fəaliyyətin məhz indiki kritik mərhələdə öz bəhrəsini verdiyini dilə gətirir.

“Bildirilir ki, 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlıq tarixin mühüm anında öz bəhrəsini verir. Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır.

Göründüyü kimi bizim adətən Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasında mühüm rol oynaması kimi qiymətləndirdiyimiz gerşəkliyi ABŞ Pezidenti daha qlobal kontekstdə qiymətləndirir. Bu miqyası beynəlxalq səviyyəyə qədər yüksəldir ki, bu da özlüyündə Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rolun yüksək qqiymətləndirilməsi hesab edilə bilər”, - deyə deputat bildirib.

H.Babaoğlu qeyd edib ki, ikinci mühüm aspekt isə ondan ibarətdir ki, ABŞ qlobal terrorizmə qarşı mübarizədə Azərbaycanın rolunu xüsusi olaraq qeyd edir.

“Şübhəsiz ki, buraya təkcə qlobal terrorizmə qarşı mübarizədə ABŞ-ın antitrerror koalisiyasının dəstəklənməsi deyil, həm də Azərbaycanın regionda erməni terror ocağını darmadağın etməsi də daxildir. Əgər bunların üzərinə C.Baydenin Azərabycanın müstəqilliyini dəstəklədiyi ilə bağlı səsləndirdiyi fikirləri də gəlsək bu fikirlər həm də Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı yeni reallığın da ABŞ tərəfindən dəstəklənməsi kimi qiymətləndirilə bilər.

Başqa bir mühüm məslə isə Ermənistan və Azərbaycan arasında yarana biləcək mümkün sülhlə bağlı ABŞ prezidentinin fikirləridir ki, bu da özlüyündə olduqca əhəmiyyətlidir. C.Bayden bildirir ki, Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır.

Göründüyü kimi bizim sadəcə Qafaqaz regionunda əməkdaşlıq perespektivləri kimi qiymətləndirdiyimiz postmüharibə reallığını ABŞ daha geniş miqyasda, Transxəzər region kontekstində qiymətləndirir ki, bu əslində Azərbaycanın regionun gələcəyində oynayacağı mühüm rola işarədir. Ona görə də gələcək onilliklərdə də ABŞ-Azərbaycan əməkdaşlığına ehtiyac olduğu bildirilir”, - deyə H.Babaoğlu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti