...

Azərbaycanın regional mərkəz qismində güclənməsi üçün yeni imkanlar yaranır - Qazaxıstan səfiri

Siyasət Materials 23 May 2022 11:50 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın regional mərkəz qismində güclənməsi üçün yeni imkanlar yaranır.

Trend-in məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi və Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması ilə bağlı dəyirmi masa zamanı deyib.

"Post-münaqişə dövründə Azərbaycanın regionda rolunu gücləndirəcək yeni imkanlar açılır. Bu baxımdan Zəngəzur dəhlizi iqtisadi əməkdaşlıq üçün yeni qapılar açır", - səfir deyib.

Onun sözlərinə görə, qarşılıqlı səmərəli ticarət münasibətləri, beynəlxalq arenada qarşılıqlı dəstək Azərbaycanla Qazaxıstan arasında möhkəm münasibətlərin əsasını təşkil edir.

"Ümummilli lider Heydər Əliyevlə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev arasında çoxillik mehriban dostluq münasibətləri qardaş ölkələr arasında əlaqələrin güclənməsinə xüsusi töhfə verib", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti