...

Azərbaycanda Afrika ölkələri daha çox təmsil olunmalıdır - Mərakeş səfiri

Siyasət Materials 26 May 2022 16:54 (UTC +04:00)
Azərbaycanda Afrika ölkələri daha çox təmsil olunmalıdır - Mərakeş səfiri
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Afrika ölkələri daha çox təmsil olunmalıdır.

Trend-in məlumatına görə, bunu Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş Afrika Gününə həsr olunmuş "Afrika qitəsinin Qoşulmama Hərəkatının qiymətləndirilməsində rolu" mövzusunda konfrans zamanı deyib.

Onun sözlərinə görə, Bakıda beş Afrika ölkəsinin səfirliyi var ki, onların hamısı Şimali Afrika ölkələridir.

"Azərbaycanda daha çox Afrika ölkəsinin təmsil olunması lazımdır", - səfir deyib.

O qeyd edib ki, Afrika ölkələri Azərbaycanla münasibətlərini genişləndirməyə və şaxələndirməyə çalışır.

"Bütün dünyada Afrika icması öz mədəniyyətlərinə həsr olunmuş tədbirləri özü keçirir. Azərbaycanda isə hər şey fərqlidir. XİN rəhbəri Ceyhun Bayramov özü təşəbbüs göstərib və Afrika Gününün qeyd olunmasının təşkilinə kömək göstərib", - deyə M.A.Embarş əlavə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti