...

Ceyhun Bayramov erməni həmkarı ilə telefon danışığına aydınlıq gətirib

Siyasət Materials 26 May 2022 16:37 (UTC +04:00)
Ceyhun Bayramov erməni həmkarı ilə telefon danışığına aydınlıq gətirib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bizim Ermənistan xarici işlər naziri ilə telefon danışığımız məhz 6 aprel tarixli Brüssel grüşündən bir neçə gün sonra baş tutdu. Həmin telefon danışığının əsas səbəbi məhz orada müzakirə olunan razılaşmaların icra olunması ilə bağlı idi.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, ilk telefon danışığı zamanı Azərbaycan tərəfi delimitasiya komissiyasının tərkibi ilə bağlı öz baxışlarını ortaya qoydu.

"Ondan iki həftə sonra bizim ikinci telefon danışığımız oldu və həmin məsələlər əldə olunan razılıqların icrasını təmin etməklə bağlı idi. Hazırda konkret hər hansı bir tarix müəyyən edilməyib. Ancaq təbii ki, məsələlər gündəmə gəldikcə, ehtiyacdan irəli gələrək mən növbəti telefon danışığını istisna etmirəm”, - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti