...

Türkiyənin milli müdafiə nazirinin Azərbaycana səfəri başa çatıb (FOTO/VİDEO)

Siyasət Materials 29 May 2022 16:21 (UTC +04:00)
Türkiyənin milli müdafiə nazirinin Azərbaycana səfəri başa çatıb (FOTO/VİDEO)

Bakı. Trend:

Mayın 29-da Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, Türkiyə Respublikasının Baş Qərargah rəisi və qüvvə komandanlarının da iştirak etdiyi səfər çərçivəsində nümayəndə heyəti bir neçə hərbi hissədə olub.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar silahlanmada olan hərbi texnika, eləcə də tədris sinifləri və digər hərbi obyektlərdə yaradılan şəraitlə tanış olublar. Hərbi qulluqçularla görüşən hər iki ölkənin hərbi rəhbərləri onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Azərbaycanın müdafiə naziri qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti