...

Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək

Siyasət Materials 4 İyun 2022 20:29 (UTC +04:00)
Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək

Bakı. Trend:

Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək.

Trend yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı Mövlüd Çavuşoğlu söyləyib.

O qeyd edib ki, Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli görüşü iyunun 6-da baş tutacaq.

Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun iştirak edəcəyi gözlənilir.

Bundan əlavə M. Çavuşoğlu vurğulayıb ki, yaxın iki həftə ərzində Rusiya da daxil olmaqla 9 ölkənin xarici işlər nazirləri Türkiyəyə rəsmi səfərlər edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti