...

Qarabağın bərpası gündəmdə olan mühüm məsələdir - İsmail Seragəldin

Siyasət Materials 15 İyun 2022 18:23 (UTC +04:00)
Qarabağın bərpası gündəmdə olan mühüm məsələdir - İsmail Seragəldin

Bakı. Trend:

Qarabağın bərpası gündəmdə olan mühüm məsələdir.

Bunu Beynəlxalq Mərkəzin həmsədri , Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Seragəldin IX Qlobal Bakı Forumunun qonaqlarının iştirakı ilə keçirilən mətbuat konfransında Trend-in sualını cavablandırarkən deyib.

"Qarabağ bölgəsinin bərpası və inkişafı bütövlükdə Azərbaycanın inkişafında mühüm məsələdir",- deyə İ.Seragəldin bildirib.

Onun sözlərinə görə, bu gün Qarabağ bölgəsinin gələcək inkişafına əngəl törədən ərazilərin minalardan təmizlənməsi ən çətin məsələdir:

"İlk növbədə insanların öz torpaqlarına, öz evlərinə qayıtması vacibdir".

O qeyd edib ki, Qarabağda artıq uğurlu inkişaf başlayıb:

"Qarabağ bölgəsi bir çox iqtisadi sahələrdə, o cümlədən enerji sahəsində inkişaf potensialına malikdir. Ümid edirik ki, bərpa prosesi həm enerji sahəsində, həm də digər sahələrdə dayanıqlı inkişafa gətirib çıxaracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti