...

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinin uzanması özü ilə risklər gətirir - Ceyhun Bayramov

Siyasət Materials 24 İyun 2022 13:22 (UTC +04:00)
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinin uzanması özü ilə risklər gətirir - Ceyhun Bayramov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma prosesinin uzanması özü ilə risklər gətirir.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.

"Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, dövlətlərarası münasibətlərin normallaşması üçün bütün üçtərəfli bəyanatların tam və qeyd-şərtsiz icra olunması lazımdır. Bu, regionda inkişafın rəhnidir, çünki normallaşma prosesinin süni şəkildə ləngidilməsi bu prosesə mənfi effekt qatır və özü ilə ciddi risklər gətirir", - nazir deyib.

C.Bayramov, həmçinin, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin əldə etdiyi üçtərəfli bəyanatlarda vurğulanan razılaşmalara nail olunmasında Rusiyanın xüsusi rolunu vurğulayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti