Bakı. Trend:
Azərbaycan, Qazaxstan və Türkiyə olaraq əməkdaşlıqlarımızı inkişaf etdirmək adına bir çox sahələrdə işlər aparılır.
Trend-in məlumatına görə, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Qazaxıstan, Türkiyənin Xarici İşlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısından sonra keçirilən brifinq zamanı deyib.
Nazir qeyd edib ki, dünyada baş verən hadisələr fonunda əməkdaşlığımız əhəmiyyətli rola sahibdir.
“Nəqliyyat sahəsində inkişaf bölgədə rifaha səbəb olacaq. Zəngəzur dəhlizinin tezliklə açılmasını gözləyirik. Bölgədə sülh və rifahın olması istiqamətində olan düşüncəmizi bu gün burada - Azərbaycanda bir daha sərgiləyirik”, - deyə nazir bildirib.