...

Türkiyə İsveçlə siyasi məsləhətləşmələrin tarixini açıqlayıb

Siyasət Materials 29 İyun 2022 04:49 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə və İsveç arasında siyasi məsləhətləşmələrin növbəti raundu iyunun 29-da Ankarada keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi xəbər verib.

Bildirilib ki, danışıqlara Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakçı və İsveç Xarici İşlər Nazirliyinin dövlət katibi, səfir Robert Ridberq həmsədrlik edəcəklər:

"Məsləhətləşmələr çərçivəsində Türkiyə ilə İsveç arasında ikitərəfli münasibətlər, Türkiyə ilə Aİ arasında münasibətlər, eləcə də aktual regional və beynəlxalq məsələlər ətraflı müzakirə olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti