...

Prezident İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycandan keçməklə yükdaşımalar hər il artır

Siyasət Materials 29 İyun 2022 18:41 (UTC +04:00)
Prezident İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycandan keçməklə yükdaşımalar hər il artır

Bakı. Trend:

Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti