...

Prezident İlham Əliyev: Gələn ay Bakıda Qoşulmama Hərəkatının Gənclər sammiti keçiriləcək

Siyasət Materials 30 İyun 2022 11:16 (UTC +04:00)
Prezident İlham Əliyev: Gələn ay Bakıda Qoşulmama Hərəkatının Gənclər sammiti keçiriləcək

Bakı. Trend:

Gələn ay Bakıda Qoşulmama Hərəkatının Gənclər sammiti keçiriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır və əlbəttə ki, biz hamımız səsimizin dünya miqyasında eşidilməsini istəyirik. Parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti