...

Ermənilər işğal dövründə Şuşa şəhərini talan edib, mədəni irsi təhqir edərək dağıdıblar - İsrailli fəal

Siyasət Materials 1 İyul 2022 13:29 (UTC +04:00)
Ermənilər işğal dövründə Şuşa şəhərini talan edib, mədəni irsi təhqir edərək dağıdıblar - İsrailli fəal
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilər işğal dövründə Şuşa şəhərini talan edib və yandırıb, məscidləri, ziyarətgahları və digər mədəni irs obyektlərini təhqir edərək dağıdıblar.

Trend-in məlumatına görə, bu barədə israilli fəal və müstəqil jurnalist Nurit Qrinqerin "NewsBlaze" nəşrində dərc olunmuş məqaləsində deyilir.

N.Qrinqer məqaləni Azərbaycana səfərindən sonra yazıb. O, səfər zamanı işğaldan azad edilmiş Şuşa şəhərində olub və Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynovla söhbət edib.

"Birinci Qarabağ müharibəsi zamanı şəhər erməni qoşunları tərəfindən ələ keçirildi və əhalisinin böyük hissəsi qaçmağa məcbur oldu. Ermənilər şəhəri talan edib və yandırıb, məscidləri, ziyarətgahları və digər mədəni irs obyektlərini təhqir edərək dağıdıblar. Ermənilər şəhəri söküb Şuşa şəhərindən olan üç azərbaycanlı musiqiçi və şairin bürünc büstlərini satıblar, şəhərin kənarındakı Azərbaycan qəbiristanlığındakı məzar daşları isə sındırılıb və təhqir edilib”, - N.Qrinqer yazır.

Məqalədə qeyd olunur ki, 2020-ci il noyabrın 8-də Qarabağın ikinci böyük şəhəri olan Şuşa erməni işğalından azad edildikdən sonra Ermənistan təslim olmaq məcburiyyətində qalıb. Müharibə 2020-ci il noyabrın 10-da Azərbaycanın qətiyyətli qələbəsi ilə başa çatıb.

"44 günlük döyüşlər başa çatdıqdan sonra Azərbaycanın dünyaya ismarıcı belə olub: münaqişə başa çatıb, Ermənistanın işğal etdiyi torpaqlar öz qanuni sahibinə qayıdıb. Azərbaycan dərhal işğaldan azad edilmiş ərazilərini bərpa etməyə başlayıb. İki regional iqtisadi zona yaradılıb: Şərqi Zəngəzur və Qarabağ”, – N.Qrinqer yazıb.

Məqalədə vurğulanır ki, Azərbaycan işğaldan azad edilmiş torpaqların bərpasına, yolların, tunellərin, elektrik stansiyalarının, sənaye parklarının və təsərrüfatların tikintisinə milyardlarla dollar sərmayə qoyub, cəmi səkkiz ay ərzində heyrətamiz Füzuli Beynəlxalq Hava Limanını, eləcə də Zəngilanın ilk yerli sakinlərinin tezliklə qayıdacağı “Ağıllı kənd"i inşa edib, mədəni irs obyektləri isə bərpa edilir.

“Əminliklə deyə bilərik ki, Azərbaycan xalqının işğaldan azad edilmiş ərazilərə, bütün regiona məhəbbəti onu heç vaxt görünməmiş şəkildə çiçəkləndirəcək”, - jurnalist vurğulayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti