...

Ermənistan yeni reallıqları qəbul etmək məcburiyyətindədir - ŞƏRH

Siyasət Materials 4 İyul 2022 12:00 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbəsi ilə regionda yei reallıqlar, əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Lakin təssüflər olsun ki, Ermənistan hələ də bu reallıqları qəbul etmək istərmir və ya bu reallıqları qəbul etməkdən başqa çıxış yolunun olmadığını anlaya bilmir.

Məsələ ilə bağlı Trend-in sualın cavablandıran Milli Məclisin deputatı Cavid Osmanov Trend-ə bildirib ki, artıq bütün dünya Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edib.

O qeyd edib ki, Azərbaycan təkcə Cənubi Qafqazın ən güclü dövləti deyil, eyni zamanda dünyada vacib bir aktora çevrilmiş bir ölkədir.

“Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və ən hörmətlə yanaşılan ölkələrdən biridir. Çox təəssüf ki, Ermənistan hələ də Azərbaycan tərəfindən yaradılan reallıqları qəbul edə bilmir. Əlbəttə ki, Ermənistan bu reallıqları qəbul etsə bölgədə sülh, əminamanlıq və inkişaf ola bilər, ancaq çox təəssüf ki, erməni revanşistlər, terroristlər, Ermənistanın bugünki hakmiyyəti hələ də qəbul etmək istəmir.

Amma Ermənistan yaxşı anlamalıdır ki, bu reallıqları bütün dünya qəbul edib və Ermənistanın da bu reallıqları qəbul etməkdən başqa çıxış yolu yoxdur. Ermənistan bunu nə qədər tez anlasa, qəbul etsə, düşünürəm ki, bu gün acınacaqlı vəziyyətdə olan məğlub Ermənistan üçün daha yaxşı olar. Çünki bölgənin digər ölkələri inkişaf yolunu tutub. Ermənistan isə özüün 30 il işğalçılıq siyasətinə görə dalan bir ölkəyə çevrilib. Belə olan halda Ermənistan inkişaf və tərəqqi yolunu tutmaq istəyirsə, əlbəttə ki, Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməlidir. Ermənistanın bugünki acınacaqlı vəziyyətdən çıxmaq üçün yeganə yolu yeni reallıqları qəbul etməkdir, əks halda bundan sonra da dalan ölkə olaraq qalacaq və daha rəzil vəziyyətə düşəcək. Gec və ya tez, Ermənistan bu reallığı qəbul etmək məcburiyətindədir”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Elşən Musayev isə Trend-ə bildirib ki, Ermənistan bir həqiqəti anlamalıdır ki, hazırda şərtləri Azərbaycan diqtə edir.

“Üstəlik, qalib kimi, haqlı tərəf olaraq diktə edir və beynəlxalq aləm, beynəlxalq hüquq, beynəlxalq təşkilatlar da Azərbaycanın yanındadır. Yəni, cığallıq etməklə, üçtərəfli bəyanat və sazişlərdəki bəndləri pozmaqla, öhdəliklərdən yayınmaqla, Zəngəzur dəhlizinin açılışını yubatmaqla, mənasız addımlar atmaqla Ermənistan heç nəyə nail ola bilməyəcək və öz məğlubiyyətini, tənəzzülünü daha da dərinləşdirəcək.

Qarabağ torpaqlarının 30 illik işğalı dövründə də Ermənistan ən böyük ziyanı özünə vurdu, regional layihələrdən, kommunikasiyalardan kənarda qaldı, qlobal qınaqla üzləşdi, bütün dünyanın nifrətini qazandı. Halbuki zamanında xalqının taleyini düşünən bir prezidenti, bir məntiqli idarəçisi, rəhbəri olsaydı vəziyyət bu yerlərə qədər gəlib çıxmazdı. Amma çıxdı. Çünki Ermənistan hər zaman səhv yolda oldu. Ermənistan tərəfdən qərarlar hər zaman yanlış verildi. Ən qəribəsi isə odur ki, tarixin verdiyi heç bir dərsdən bunlar nəticə çıxara bilmirlər. Yenə öz amplualarındadırlar, yenə bataqlığın dibinə getmək arzusundadırlar”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan çox güclüdür və həmin güc tükənməzdir, “Dəmir yumruq” da yerindədir.

“Ermənistanın nəyisə başa düşməməyi isə onun öz qəbahəti və öz ağılsızlığıdır. Ermənistan rəhbərliyi hazırda düzgün qərarlar verməli, revanşistlərin fitvasına uymamalı, sülh müqaviləsinin bağlanmasında maraqlı olmalı, reallıqla barışmalıdır”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti