...

Erməni faşizmi və vandilmizinə məruz qalan Azərbaycanın torpağının hər bir qarışı ilə bağlı araşdırmalar aparılır - Tarixçi alim

Siyasət Materials 7 İyul 2022 09:14 (UTC +04:00)
Erməni faşizmi və vandilmizinə məruz qalan Azərbaycanın torpağının hər bir qarışı ilə bağlı araşdırmalar aparılır - Tarixçi alim
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Milli və mədəni irsimizin məhvi ilə bağlı Ermənistanın törətdiyi cinayətləri ifşa etmək üçün hazırlanan “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırma çox mühim bir layihədir. Həmin ərazinin 1918-ci ildə Azərbaycan xalqından soruşulmadan, referendum keçirilmədən bu şəhərin və onun ətrafında olan 9 min kvadrat kilometrin güzəştə gedilməsi və 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən işğal edilməsindən sonra Azərbaycan torpaqlarının hərraca qoyularaq 20,8 kvardat kilometrinin Ermənistan SSR-nin tərkibinə verilməsi Azərbaycan xalqına törədilən ən ağır cinayətlərdən biridir.

Bu barədə Trend-in suallarını cavablandırarkən tarix üzrə fəlsəfə doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə indi bir nəfər azərbaycana məxsus heç bir iz yoxdur.

"Bu sözün əsl mənasında faşizmdir. Bizim həm hüquqi, həm də tarixi nöqteyi nəzərdən hüququmuz var ki, bu məsələni beynəlxalq hüquq səviyyəsində qaldıraq və mən çox sevinirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə çox mühim addımlar atır.

Qədim İrəvan şəhərinin 520-yə yaxın yaşı var. Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin əmri ilə Rəvanqulu xan tərəfindən əsası qoyulub və bununla bağlı aparılan tədqiqatlar göstərirdi ki, 1918-ci ildə edilən güzəştdən sonra orada Azərbaycanla bağlı heç bir iz tapılmadı. Qalan Təpəbaşı məhəlləsi idi ki, onunda böyük hissəsi məhv edilib. Ona görə həmin layihədə bizim bir çox ziyalımız UNESCO-ya müraciət ünvanladı. Haqqı, ədaləti tanımaq və bu törədilən cinayətinin qarşısını almaq UNESCO-nun və digər beynəlxalq təşkilatların vəzifəsidir. Azərbaycan ərazisində 62 məscid məhv edilib. Niyə susurlar? Biz öz haqqımızı tələb etmək əzmindəyik və edirik. Layihənin bilavasitə iştirikaçsı kimi belə bir işin görülməsini təqdir edirəm. Erməni faşizmi və vandilmizinə məruz qalan Azərbaycanın torpağının hər bir qarışı ilə bağlı araşdırmalar aparılır bu istiqamətdə işlər görülür və yüksək hüquqi qiymət verilməsi şərtilə bütün dünya ictimaiyyətinə çatdırılacaq. Bizim üçün tarixi Azərbaycan torpaqlarının hər qarışı əzizdir. Bizə qarşı törədilən cinayət bəlkədə dünyada heç bir xalqa qarşı törədilməyib. Yer üzündən bizim adımızı, izmizi, irsimizi silmək üçün cinayətlər tördiblər və biz bunun qarşısını alacağıq", - deyə C.Bəhramov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti