...

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə komissiyanın tərkibində dəyişiklik edildi

Siyasət Materials 7 İyul 2022 18:39 (UTC +04:00)
Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə komissiyanın tərkibində dəyişiklik edildi

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamının 1-ci hissəsində “Azərbaycan Respublikası Baş nazirinin birinci müavini” sözləri “Azərbaycan Respublikasının iqtisadiyyat naziri” sözləri ilə əvəz edilsin və həmin hissədən “Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini” sözləri çıxarılır.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Özbəkistan Respublikası tərəfinə müvafiq bildiriş göndərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti