...

Ağalı kənd sakini: Uzun illərin həsrətindən sonra öz el-obamıza qayıtmışıq

Siyasət Materials 19 İyul 2022 18:42 (UTC +04:00)
Ağalı kənd sakini: Uzun illərin həsrətindən sonra öz el-obamıza qayıtmışıq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Zəngilan. Trend:

Ağalı kənd sakini doğma kəndlərinə qayıtması ilə bağlı fikirlərini bölüşüb.

Kənd sakini İsa Mahmudov Trend-in Qarabağ bürosuna bildirib ki, bu gün tarixi gündür.

"Biz uzun illər həsrətdən sonra öz el-obamıza qayıtmışıq. Biz 30 il idi ki, həsrətlə yaşayırdıq. Vətən Müharibəsindəki qələbəmiz bizi necə sevindirmişdisə, bu gün də Ağalı kəndinə qayıtmağımız bizi o qədər sevindirir. Dövlətimiz tez bir müddətdə kəndimizi müasir şəkildə yenidən inşa etdi. İndi biz yüksək şəraitdə yaşayacağıq. Çox sevinirik, dövlətimizdən, Prezident İlham Əliyevdən çox razıyıq.

Bu kənddən çıxanda mənim 18 yaşım var idi. İndi ailəmlə birgə qayıtmışam öz vətənimə, öz elimə, obama. Bundan gözəl hiss ola bilməz, həyatımda ən gözəl hisləri yaşayıram", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti