...

Ceyhun Bayramov latviyalı həmkarı ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib

Siyasət Materials 20 İyul 2022 18:14 (UTC +04:00)
Ceyhun Bayramov latviyalı həmkarı ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib

Bakı. Trend:

20 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər Azərbaycan və Latviya arasında ikitərəfli əməkdaşlıq gündəliyinin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.

Tərəflər, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının aktual məsələlərini üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı nazirlər, həmçinin cari regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti