...

Qırğızıstan XİN Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Siyasət Materials 5 Avqust 2022 20:43 (UTC +04:00)

Bakı. Trend:

Qırğız Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda deyilir:

"Qırğız Respublikasının Xarici İşlər Nazirliyi 2022-ci il avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə hücumu və onun əmlakına qarşı törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir.

Biz hadisənin hərtərəfli və obyektiv araşdırılmasına, günahkarların məsuliyyətə cəlb olunmasına çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti