...

Radikal müxalifət erməni lobbisinin əlində alətə çevrilib - Afət Həsənova

Siyasət Materials 15 Sentyabr 2022 12:55 (UTC +04:00)
Radikal müxalifət erməni lobbisinin əlində alətə çevrilib - Afət Həsənova

Bakı. Trend:

Azərbaycanda radikal müxalifət ünsürləri xaricdə ermənipərəst dairələrdən aldıqları tapşırıq əsasında ölkəmizə qarşı çirkin kampaniyaya başlayıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, son günlər radikal müxalifətin anti-Azərbaycan təbliğatında yeni bir meyl özünü aydın şəkildə göstərməyə başlayıb.

“Ordumuzun sərhəddə erməni təxribatına layiqli cavab verməsi onları çox narahat edib. Xaricdəki ağalarından aldıqları tapşırıq əsasında radikal müxalifət ünsürləri ölkəmizə qarşı çirkin kampaniyaya başlayıb, erməni təxribatlarının günahını Azərbaycanın üzərinə atmağa çalışırlar. Azərbaycanı yerli-yersiz tənqid etmək, müxtəlif yalanlar və böhtanlarla ölkəmizin imicini zədələmək yolu seçmiş radikal müxalifət pul müqabilində Ermənistanın müdafiəsinə başlayıb.

Sözügedən müxalifətin siyasi təbliğatında və davranışında erməni faktorundan faydalanmaq, Azərbaycana qarşı birgə mübarizə aparmaq taktikası yeni deyil. Onlar hər zaman erməni dəyirmanına su töküb, ermənipərəst dairələrdən, erməni lobbisindən pul alaraq Ermənistanın təbliğatçısı rolunda çıxış ediblər”, - deyə A.Həsənova bildirib.
Deputat vurğulayıb ki, radikal müxalifətin indiki həssas vaxtda ölkəmizə qarşı belə bir çirkin kampaniya aparması xalqa, dövlətə qarşı xəyanətdir.

“İndiki məqamda söhbət dövlətimizin, xalqımızın təhlükəsizliyindən gedir. Azərbaycan ordusu dövlətimizin təhlükəsizliyini təmin etmək, erməni təhdilərinin qarşısını almaq məqsədilə erməni təxribatlarına layiqli cavab verib, onlara növbəti dəfə yerini göstərib.

Burada bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Radikal müxalifət isə ermənipərəst dairələrdən aldıqları tapşırıqla bu məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışır. Bunlar nə qədər vicdan, mənəviyyat hissini itirib ki, dövlətimizin, xalqımızın gələcəyi, təhlükəsizliyi onları düşündürmür. Onlar üçün maddi maraq, şəxsi mənafe hər şeydən üstündür. Bunun adı xəyanət, satqınçılıqdır.

Xalqımız artıq bu ünsürlərin iç üzünü yaxşı bilir, onların ermənipərəst dairələrin, erməni lobbisinin əlində alətə çevrildiyindən xəbədardır. Əminəm ki, onların bu çirkin kampaniyası da əvvəlkilər kimi iflasa uğrayacaq”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti