...

Leyla Abdullayeva Ermənistanın törətdiyi təxribatlardan və son vəziyyətdən danışdı (FOTO/VİDEO)

Siyasət Materials 15 Sentyabr 2022 14:32 (UTC +04:00)
Leyla Abdullayeva Ermənistanın törətdiyi təxribatlardan və son vəziyyətdən danışdı (FOTO/VİDEO)

Bakı. Trend:

Ermənisan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmağa davam edirdi. Həmin bəyanatın 4-cü maddəsinə zidd olaraq hələ də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində mövcudluğunu saxlaması, kommunikasiyaların açılmasına Ermənistan tərəfindən maneçilik törədilməsi xüsusilə bizim tərəfimizdən bəyan edilirdi.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O əlavə edib ki, mina təhlükəsi də qeyd edilməlidir. “12 sentyabr gecə saatlarında baş verən geniş miqyaslı erməni hərbi təxribatının əslində səbəbləri sırasında da məhz Ermənistan silahlı qüvvələrinin Laçın, Kəlbəcər, Daşkəsən istiqamətində Azərbaycan hərbi qüvvələrinin yerləşdiyi bölmələri arasındakı çətin coğrafi relyefdən istifadə edərək təminat yollarında minaların basdırılması cəhdi oldu. Məhz bu cəhdin qarşısının alınması üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən cavab tədbirləri görüldü.

Ermənistanın təxribatları mina basdırılması, Azərbaycan mövqelərinin atəşə tutulması halları ilə müşahidə olunurdu. Bu kimi hallara cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən tədbirlər görüldü”, - deyə o əlavə edib.

XİN rəsmisi həmçinin vurğulayıb ki, Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirməklə sülh prosesinə çox ciddi zərbə vurur: "Son proseslər bir daha göstərir ki, Ermənistan sülhə hazır deyil. Ermənistan hərbi təxribatlar törətməklə sülhə mane olmağa çalışır".

Trend geniş videomüsahibəni təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti