...

Azərbaycan BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistanın əsassız ittihamlarını rədd edib - Fransa mətbuatı

Siyasət Materials 19 Sentyabr 2022 17:45 (UTC +04:00)
Azərbaycan BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistanın əsassız ittihamlarını rədd edib - Fransa mətbuatı

Bakı. Trend:

Fransanın “La Gazette” xəbər portalında “Azərbaycan Fransa tərəfindən çağırılmış BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistanın əsassız ittihamlarını rədd edib” (L’Azerbaïdjan rejette les allégations dénuées de fondement de l'Arménie devant le Conseil de Sécurité des Nations Unies, saisi par la France) başlıqlı məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə bildirilib ki, 16 sentyabr tarixində keçirilmiş iclas zamanı Ermənistan nümayəndəsinin səsləndirdiyi ittihamları Azərbaycan tərəfi qətiyyətlə təkzib edirək, bu ittihamların Ermənistanın öz beynəlxalq öhdəliklərini yerinə yetirməkdən və regionda sülhə, sabitliyə və əməkdaşlığa kömək etməkdən nə qədər uzaq olduğunu göstərdiyini bəyan edib.

“Ermənistan - Azərbaycanın suveren ərazilərini təqribən 30 il ərzində işğal altında saxlamış, Azərbaycana qarşı təcavüz edən, kütləvi etnik təmizləmələr və müharibə dövründə digər çirkin cinayətlər törətmiş ölkə indi Ermənistanın daima pozduğu normalar və prinsiplər haqqında ağızdolusu danışır, cəzasız qalmasının sonsuzadək davam edəcəyinə ümid bəsləyərək qətnamələrini yerinə yetirməkdən imtina etdiyi Təhlükəsizlik Şurasına müraciət edir”,-deyə məqalədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin iclasda çıxışı zamanı səsləndiridiyi fikirlərə istinadən vurğulanıb.

Həmçinin bildirilib ki, son zamanlar Ermənistan sərhədyanı ərazilərdə siyasi və hərbi təxribatlara əl atmaqla iki ölkə arasında əldə edilmiş razılaşmaların yerinə yetirilməsindən yayınmağa, dövlətlərarası münasibətlərin normalaşması prosesini pozmağa, ikitərəfli məsələlərin həllinə üçüncü tərəfləri cəlb etməyə, öz ərazi iddialarını və revaşist məqsədlərini dəstəkləmək üçün gərginliyin coğrafiyasını genişləndirməyə çalışıb.

“Azərbaycan regional sülhün, sabitliyin və inkişafın tərəfdarıdır. Ermənistan ilə Azərbaycan arasında qonşuluq münasibətlərinin qurulması tamdəyərli regional normallaşma vasitəsilə təhlükəsiz, sabit və firavanlaşan Cənubi Qafqaz yaradılmasının açarıdır. İkitərəfli komissiyanın vasitəsilə sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat kommunikasiyaların açılması ikitərəfli sülh müqaviləsinə dair danışıqları tamamlayan dövlətlərarası normallaşmanın iki istiqamətidir”, -deyə məqalədə əlavə olunub.

Məqalədə eyni zamanda xatırladılıb ki, məhz Azərbaycan Ermənistan ilə dövlətlərarası münasibətlərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü onların beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qarşılıqlı tanıma və hörmət əsasında, o cümlədən bu prinsiplər əsasında sülh müqaviləsi imzalanması yolu ilə normallaşma prosesi təşəbbüsünü irəli sürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti