...

Bizə bu gözəl Vətəni bəxş edən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik - MÜSİAD Azərbaycan

Siyasət Materials 27 Sentyabr 2022 14:09 (UTC +04:00)
Bizə bu gözəl Vətəni bəxş edən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik - MÜSİAD Azərbaycan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

MÜSİAD Azərbaycan 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda deyilir:

"İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq toxumu əkdi Şəhidlər.

(Xalq şairi Bəxtiyar Vahabzadə)

Bəli, Zəfər qazanmaq təəssüf ki, Şəhid vermədən olmur. 1990-cı ildən bu günə qədər Azadlıq mübarizəmizdə Şəhidlərimiz olub. Onlar şairimizin dili ilə desək torpağın bağrına toxum əkiblər. Əkilmiş toxumlar öz nəticəsini verdi. Bu gün biz bütün şəhidlərimizi həsrətlə, qürurla, hörmətlə anırıq !

Biz bu savaş dönəmində bir daha bizim yanımızda olanların, qarşımızda olanların şahidi olduq. Qardaş Türkiyə hər zaman olduğu kimi Azərbaycanı öz haqlı davasında dəstəklədi.

Azərbaycan və Türkiyə dövlətləri arasında dostluq, qardaşlıq əlaqələri qədim tarixə malikdir.

Əsrlər boyu xalqlarımız həmişə bir-birinə dəstək olub, sıx əməkdaşlıq edib, Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "Bir millət, iki dövlət" olublar.

Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini Türkiyənin kədəri, sevincini isə Türkiyənin sevinci hesab edib.

Türk dünyasının hər iki lideri öz müdrik kəlamları ilə gələcək nəsillərə əbədi olaraq bir mesaj qoyublar: Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.

Torpaq-əgər uğrunda ölən varsa vətəndir. Bizə bu gözəl Vətəni ərmağan edən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Allahdan rəhmət diləyir, qəbrləri nurla dolsun deyirik !

Bütün qazilərimizə Allahdan şəfa diləyirik", - deyə məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti