...

Prezident İlham Əliyev: Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq

Siyasət Materials 27 Sentyabr 2022 14:13 (UTC +04:00)
Prezident İlham Əliyev: Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq

Bakı. Trend:

Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti