Bakı. Trend:
Biz Cənubi Qafqazda hamının ləyaqətli gələcəyini təmin edəcək sülh üçün dua edirik.
Trend-in məlumatına görə, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter" hesabında bildirib.
"Anım Günündə biz Azərbaycanda və regiondakı dostlarımızla birgə
münaqişənin qurbanlarını yad edirik. Onların ailələrinə dərin
hüznlə başsağlığı veririk.
Biz Cənubi Qafqazda hamının ləyaqətli gələcəyini təmin edəcək sülh
üçün dua edirik", -deyə paylaşımda qeyd edilib.