Bakı. Trend:
BMT əvvəlki kimi Cənubi Qafqazda sülhün və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əldə olunması işinə sadiqdir.
Trend-in məlumatına görə, bu barədə təşkilatın bəyanatında deyilir.
"Sentyabrın 27-də biz Ermənistanla Azərbaycan arasında münaqişədə həlak olanları yad edirik, həlak olanların yaxınlarına dərin hüznümüzü bildiririk. BMT əvvəlki kimi Cənubi Qafqazda sülhün və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əldə olunması işinə sadiqdir", - BMT-nin İkinci Qarabağ müharibəsinin başlanmasının ikinci ildönümü ilə əlaqədar bəyanatında deyilir.
(Tərcümə: Orxan Nəbiyev)