...

Hikmət Hacıyev Armen Qriqoryanla görüşdən danışdı

Siyasət Materials 28 Sentyabr 2022 10:26 (UTC +04:00)
Hikmət Hacıyev Armen Qriqoryanla görüşdən danışdı

Trend-i buradan izləyin

Bakı. Trend:

Sentyabrın 27-də Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olub.

Trend xəbər verir ki, Hikmət Hacıyev görüş haqqında mətbuata açıqlama verib.

“Biz bu görüşün təşkil edilməsinə və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinə görə ABŞ tərəfinə təşəkkür edirik. Görüşün nəticələri haqda Ceyk Sallivan tərəfindən razılaşdırılmış qayda da məlumat verilmişdir. Burada da əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir.

Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslərlə bağlı məsələlər müzakirə olunub”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti