Bakı. Trend:
2 oktyabr 2022-ci il tarixində Bolqarıstanda Milli Məclisə (birpalatalı parlament) deputatların növbədənkənar seçkiləri keçirilib.
Bolqarıstanın keçmiş Baş naziri Boyko Borisovun “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda” (GERB) partiyası Demokratik Qüvvələr İttifaqı (SDF) ilə koalisiyada keçirilən növbədənkənar parlament seçkilərində qalib gəlib.
Seçkilərdə fəallıq son məlumatlara görə, təxminən 37 faiz təşkil edib. Agentliyin hesablamalarına görə, seçicilərin 25,5 faizi GERB-SDF-yə səs verib. Bolqarıstanın keçmiş Baş naziri Kiril Petkovun “Dəyişiklikləri davam etdirin” partiyası 19,9 faiz səslə ikinci yeri tutub. Üçüncü yerdə 14,4 faiz səslə “Hüquq və Azadlıqlar Hərəkatı” qərarlaşıb.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev müşahidəçi qismində seçkiləri müşahidə edib.