...

Polşa İkinci Dünya Müharibəsində Almaniyanın bu ölkəyə vurduğu zərərə görə 1,3 trilyon dollar tələb edib

Siyasət Materials 4 Oktyabr 2022 06:32 (UTC +04:00)
Polşa İkinci Dünya Müharibəsində Almaniyanın bu ölkəyə vurduğu zərərə görə 1,3 trilyon dollar tələb edib

Bakı. Trend:

Polşa İkinci Dünya Müharibəsində Almaniyanın bu ölkəyə vurduğu zərərə görə təzminat tələbini rəsmiləşdirib.

Trend xəbər verir ki, Polşanın xarici işlər naziri Zbiqnev Rau alman həmkarı Annalena Berboka ünvanlanmış müvafiq diplomatik notanı imzalayıb.

A.Berbokun Polşaya səfəri ərəfəsində təzminat tələbinin formal rəsmiyyət statusu alması, eyni zamanda, rəsmi Varşavanın mövzuya ciddi yanaşmasına bir işarədir.

Z.Rau bildirib ki, diplomatik nota 1939-1945-ci illər ərzində nasist Almaniyasının təcavüz və işğalının nəticələrinin davamlı, hərtərəfli, qəti hüquqi, həmçinin maddi həlli istiqamətində dərhal addımların atılmasının zəruriliyinə dair Polşa xarici işlər idarəsinin mövqeyini əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti