...

Azərbaycandakı hərbi attaşelər Edillidə aşkarlanan kütləvi məzarlığa baxış keçiriblər (FOTO)

Siyasət Materials 6 Oktyabr 2022 11:16 (UTC +04:00)
Azərbaycandakı hərbi attaşelər Edillidə aşkarlanan kütləvi məzarlığa baxış keçiriblər (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocavənd. Trend:

Bu gün Azərbaycanda akreditə olunmuş xarici diplomatik korpusun hərbi attaşeləri Xocavənd rayonunun Edilli kəndində aşkarlanan növbəti kütləvi məzarlığa baxış keçirirlər.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hərbi attaşeləri əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının nümayəndələri, Müdafiə Nazirliyinin və Səhiyyə Nazirliyi Məhkəmə tibbi Ekspertizasının əməkdaşları müşayət ediblər.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Edilli kəndindəki kütləvi məzarlıqla bağlı hərbi ateşelərin nümayəndələrinə məlumat verib.

Bildirilib ki, bu Edilli kəndi ərazisində aşkar edilən 3-cü kütləvi məzarlıqdır. Daha əvvəl 7 və 6 nəfərin kütləvi basdırıldığı məzarlar aşkarlanıb. 3-cü məzarlıqda isə 12 Azərbaycanlı hərbçinin işgəncələrə məruz qalaraq qətlə yetirilib və basdırılıb.

Qeyd edilib ki, ilkin baxış zamanı cəsəd qalıqlarının baş nayihəsində küt alət izləri, həmçinin güllə və iti alətin deşdiyi izlər müşahidə olunur. Axtarış işləri bundan sonra da davam etdirləcək, çünki 1-ci Qarabağ müharibəsi zamanı 4000 ə yaxın soydaşımız itkin olaraq qeydə alınıb və onların talelərindən hələdə məlumat yoxdur. Təkcə Edilli də deyil, Qarabağın digər bölgələrində belə onlarla məzarlığın olacağı istisna deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti