...

Zəngilanda yaşayış rayonları park zonalarına inteqrasiya olunacaq - Vahid Hacıyev

Siyasət Materials 6 Oktyabr 2022 12:02 (UTC +04:00)
Zəngilanda yaşayış rayonları park zonalarına inteqrasiya olunacaq -  Vahid Hacıyev
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Biz Zəngilan şəhərinin yüksək standartlarla təkmilləşdirilməsi üzərində işləri davam etdirəcəyik.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

Onun sözlərinə görə, Zəngilan "ağıllı" və "yaşıl" şəhər konsepsiyalarına uyğun tikilmiş regional mərkəzdir.

"Məsələn, işğal dövründə məhv edilmiş ekosistemin bərpası üçün Zəngilan rayonunda 20 min çinar ağacı və min kiloqram palıd toxumu əkilib. Bundan başqa, Ağalı kəndində 3 mindən çox müxtəlif ağac əkilib", - deyə o bildirib.

V.Hacıyev qeyd edib ki, Zəngilanda yaşayış rayonları park zonalarına inteqrasiya olunacaq.

"Yaşayış binaları bir tərəfdən yerli materiallar istifadə olunmaqla, digər tərəfdən müasir texnologiyaların vasitəsilə yüksək standartlarla inşa olunacaq park rayonunun planlama və dizaynına inteqrasiya olunacaq", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti