...

Fransa sülh prosesini ləngitməyə çalışır - Rauf Əliyev

Siyasət Materials 14 Oktyabr 2022 13:27 (UTC +04:00)
Fransa   sülh prosesini ləngitməyə çalışır - Rauf Əliyev

Bakı. Trend:

Azərbaycanın Müzffər Ordusu Ermənistan ordusunu darmadağın edərək işğal altındakı torpaqlarımızı azad etdikdən sonra keçən 23 ay ərzində əsasən Fransanın pozucu fəaliyyəti ucbatından məğlub Ermənistan Azərbaycanla sülh müqaviləsini bağlamaqdan qaçır. Ordusu demək olar ki, təmamilə dağılan məğlub ölkə sülh müqaviləsini imzalamaqdan yayınır. Müəyyən qüvvələr Ermənistanı bu yola təhrik edirlər. Bu qüvvələrin başında Fransa durur.

Fransa prezidenti Emmanuel Makron bu məsələdə xüsusi canfəşanlıq göstərir. Fransa Prezidenti bu dəfə zərbənin istiqamətini dəyişərək Rusiyanı Cənubi Qafqazda sabitliyi pozmaqda ittiham edib. Makron “Fransa 2“ telekanalına müsahibəsində Rusiyanı Ermənistan və Azərbaycanı son toqquşmalara məqsədyönlü şəkildə təhrik etdiyini bildirib. Ölkəmizə qarşı öz ermənipərəst mövqeyi ilə digərlərindən daha irəlidə gedən Fransa Prezidenti Azərbaycanı Ermənistana “hücum etməkdə ittiham edib. Bütün bunlar deməyə əsas verir ki, Fransa prezident Makron başda olmaqla uzun illər Azərbaycana qarşı apardıqları antiazərbaycan siyasətindən əl şəkməyiblər.

Əsas məqsəd nə qədər mümkünsə sülh prosesini ləngitmək və uzatmaqdan ibarətdir. Ancaq Fransa bu məqsədinə çata bilməyəcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirtdiyi balanslaşdırılmış, müdrik siyasət tezliklə Azərbaycan-Ermənistan arasında gözlənilən sülh müqaviləsinin bağlanmasına şərait yaradacaqdır.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti