...

Erməni kilsəsi yalan vədlərlə öz xalqına yeni müsibət və faciələr hazırlayır - Allahşükür Paşazadə

Siyasət Materials 21 Oktyabr 2022 09:29 (UTC +04:00)
Erməni kilsəsi yalan vədlərlə öz xalqına yeni müsibət və faciələr hazırlayır - Allahşükür Paşazadə

Bakı. Trend:

Təəssüflər olsun ki, erməni xalqını revanşizm ideyalarına meylləndirənlər arasında erməni kilsəsi xüsusi canfəşanlıq edir.

Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu gün “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda keçirilən konfransda deyib.

"Biz Qarabağa həmişəlik qayıtdıq, lakin ermənilər arasında hələ də qisas meyli ilə yaşayanlar, özgə torpağında gözü qalanlar var. Təəssüflər olsun ki, erməni xalqını revanşizm ideyalarına meylləndirənlər arasında erməni kilsəsi xüsusi canfəşanlıq edir. Xalqını, dövlətininin mövcudluğunu belə təhlükəyə ataraq ambisiyalarını, gerçəkləşdirməyə çalışan erməni kilsəsi yalan vədlərlə öz xalqına yeni müsibət və faciələr hazırlayır", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti