...

Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Muxrani sarayında mədəni proqramda iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 24 Oktyabr 2022 14:51 (UTC +04:00)
Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Muxrani sarayında mədəni proqramda iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

Oktyabrın 24-də Gürcüstanın Mçxeta rayonundakı Muxrani saray kompleksində mədəni proqram təqdim olunub.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tədbirdə iştirak ediblər.

Mədəni proqramda gürcü xalqının milli adət və ənənələri nümayiş etdirildi. Tədbirdə Gürcüstanın milli musiqisi və rəqsləri, gürcü mətbəxinin nümunələri, o cümlədən şirniyyatları təqdim olundu.

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili milli gürcü rəqslərinə baxdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti