...

Milli Məclisin sədri Sahibə Qafarovanın cavabı güclü və dəqiqdir - İqor Korotçenko

Siyasət Materials 30 Oktyabr 2022 11:53 (UTC +04:00)
Milli Məclisin sədri Sahibə Qafarovanın cavabı güclü və dəqiqdir - İqor Korotçenko

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarovanın Simonyana cavabı güclü və dəqiqdir. Bu, təcavüzkara cavab zərbəsi kimidir.

Trend xəbər verir ki, bu fikri rusiyalı ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Milli Məclisin sədri Sahibə Qafarovanın Ermənistan parlamentinin spikeri Alen Simonyana cavabını şərh edərkən səsləndirib.

Milli Məclisin sədrinin çıxışını özünün sosial şəbəkələrdəki səhifələrində paylaşan İ. Korotçenko yazıb ki, Sahibə Qafarovanın cavabı "güclü və dəqiqdir". Xatırladaq ki, oktyabrın 28-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyan çıxış edərək, Azərbaycanın ünvanına həqiqətdən uzaq iddialar səsləndirib. Bunun ardınca Milli Məclisin sədri Sahibə Qafarova iclasda ikinci dəfə söz alaraq, Ermənistan parlamentinin spikerinə cavab verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti