...

Ermənilər bilirdi ki, Qarabağda əbədi qala bilməyəcəklər - Təbrizli tədqiqatçı

Siyasət Materials 28 Noyabr 2022 13:56 (UTC +04:00)
Ermənilər bilirdi ki, Qarabağda əbədi qala bilməyəcəklər - Təbrizli tədqiqatçı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Ağdam. Trend:

1985-ci ildə bir illik Azərbaycana gəlmişdim. İndi bu gün buraları bu formada, xaraba qalmış görəndə qəhərlənirəm. Eyni zamanda, sevinirəm ki, artıq bu torpaqlar azad olunub.

Bunu bazar ertəsi Trend-ə açılamasında Fransada yaşayan Təbriz əsilli hüquq müdafiəçisi, tarixçi-tədqiqatçı Maşallah Rəzmi Ağdama səfəri çərçivəsində deyib.

"Ayrı ölkələrdə də müharibədən əziyyət çəkmiş yerləri görmüşəm. Amma Qarabağda vəziyyət başqadır. Burada evlərin daşını-dəmirini, pəncərəsini-qapısını söküb aparıblar. Ağacları belə qırıb aparıblar. Bilirsiniz, özləri başa düşürlərmiş ki, burada əbədi qala bilməyəcəklər. O səbəbdən, imkanları çatdığı qədər çapıb talayıblar, aparıblar", - deyə o bildirib.

M.Rəmzi, İran inqilabının keçmiş iştirakçısı kimi hazırda bu ölkədə baş verən prosesləri də şərh edib:

"İranda baş vermiş keçmiş inqilabda özüm də böyük rol oynamışam. O vaxt Təbrizdəki inqilab başçılarından biri mən olmuşam. İndiki vəziyyəti o vaxtkı vəziyyətlə müqayisə etdikdə, hesab edirəm ki, İrandakı İslam hökumətinin son günləridir. Millətin küçəyə tökülməsi, qorxmadan güllə qarşısına çıxması mənə o vaxtkı hadisələri xatırladır. Yəni millətin bu formada etirazı, küçələrə çıxması artıq bir hökumətin sonu deməkdir. Bu hakimiyyət 43 ildir, sanki oranı işğal altında saxlayıb. Bizlər də məcbur ölkədən çıxıb mühacir olmuşuq", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti