...

Sabahın açılmasının xoruzun banlaması ilə bağlılığı yoxdur - Deputat Fransanı tənqid etdi

Siyasət Materials 2 Dekabr 2022 11:52 (UTC +04:00)
Sabahın açılmasının xoruzun banlaması ilə bağlılığı yoxdur - Deputat Fransanı tənqid etdi

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın canfəşanlığının səbəbi gorbagor olmuş Minsk qrupunun fəaliyyətini yenidən bərpa edərək Ermənistan vasitəsilə bölgədə qalmaq istəyidir.

Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, Makron hökumətinin siyasi əxlaqa sığmayan davranışının digər səbəbi gələn il Fransada keçiriləcək seçkilərlə bağlıdır.

“Makron və makronoidlər bu qətnamə ilə erməni lobbisindən seçki kampaniyasında maliyyə dəstəyi adı altında aldıqları çirkli pulları və seçkilər zamanı aldıqları erməni elektoratın səslərini ağartmağa çalışırlar. Fransaya adekvat, biraz da artıq cavab verməliyik. Bu cavablar Azərbaycan hökuməti, dövləti, parlamenti və ictimaiyyəti tərəfindən verilir və hədəfə çatmaqdadır. Biz qalib xalq və güclü dövlətik”. "Xoruzu milli simvol kimi qəbul edənlər bilməlidir ki, sabahın açılmasının xoruzun banlaması ilə bağlılığı yoxdur", - deyə M.Quliyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti