Bakı. Trend:
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana gələcək.
Bu barədə Trend-ə Türkiyədəki diplomatik mənbədən məlumat verilib.
Qeyd edilib ki, Akar Türkiyə Silahlı Qüvvələri (TSQ) komandanlığının müşayiəti ilə Azərbaycana rəsmi səfəri zamanı Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılanacaq və müxtəlif görüşlər keçirəcək.