...

Türkiyə hazırda beynəlxalq diplomatiyada ən etibarlı tərəflərdən biridir - Mövlud Çavuşoğlu

Siyasət Materials 6 Dekabr 2022 05:36 (UTC +04:00)
Türkiyə hazırda beynəlxalq diplomatiyada ən etibarlı tərəflərdən biridir - Mövlud Çavuşoğlu

Bakı. Trend:

Türkiyə hazırda beynəlxalq diplomatiyada ən etibarlı tərəflərdən biridir. Çünki biz nə söyləyiriksə, onu da edirik, nə ediriksə, onu söyləyirik.

Trend xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara Hacı Bayram Vəli Universitetində təşkil olunan "Türkiyənin sahibkarlıq və humanitar xarici siyasəti" mövzusunda konfransdakı çıxışında ifadə edib.

Diplomat xatırladıb ki, Türkiyənin vasitəçiliyi ilə bağlanmış İstanbul Taxıl Sazişi sayəsində qlobal ərzaq böhranının qarşısını almaq mümkün olub.

Mövlud Çavuşoğlu qeyd edib ki, Ankaranın enerji böhranının qarşısını almaq üçün atdığı son addımlar həm Türkiyədə, həm də onun ətrafındakı ölkələrdə enerji təhlükəsizliyini artırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti