...

Zəngəzur dəhlizinin açılması və ölkələr arsında münasibətlərin normallaşması ən səmimi arzumuzdur - Hulusi Akar

Siyasət Materials 6 Dekabr 2022 15:03 (UTC +04:00)
Zəngəzur dəhlizinin açılması və ölkələr arsında münasibətlərin normallaşması ən səmimi arzumuzdur - Hulusi Akar

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Regionda dəmir yolu və avtomobil əlaqələrinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması, iqtisadi fəaliyyətə başlaması və Azərbaycan-Ermənistan, Türkiyə- Ermənistan münasibətləri də daxil olmaqla bütün regionda hərtərəfli normallaşmanın təmin edilməsi ən səmimi arzumuzdur.

Trend-in məlumatına görə, bu barədə bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini izləyərkən bildirib.

Nazir bildirb ki, Qafqaz regionu sülh və gələcəyə inamla addımlayacaq.

"Bu məqsədlə regionun digər aktorlarından da ölkələr arasında əməkdaşlıq və həmrəyliyin təmin olunduğu firavan gələcəyin formalaşmasına töhfə vermələrini gözləyirik. Türkiyə bu günə kimi Azərbaycanın yanındadır və bundan sonra da yanında olacaq. Qardaşlığımız əbədidir”, - deyə H.Akar bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti