Ağdam. Trend:
Dünya ictimaiyyəti Qarabağda erməni işğalının nəticələri barədə məlumatlandırılmalıdır.
Bunu Trend-ə çərşənbə günü Qlobal İrs Fondunun (Global Heritage Fund) eksperti Tatyana Krupay Ağdama səfəri zamanı deyib.
"Beynəlxalq qruplar Qarabağda işlərini aktivləşdirməlidir. Hesab edirəm ki, dünya erməni işğalının nəticələrini görməlidir", - deyə o vurğulayıb.
Qeyd edək ki, Tatyana Krupay həm də altı ildir ki, erməni işğalı nəticəsində Azərbaycanın irsinə dəyən zərərin öyrənilməsi üzrə Azərbaycanda ictimai təşəbbüs olan “Günəşin axtarışında” beynəlxalq qrupunun həmsədridir.
Onun fikrincə, erməni işğalının nəticələrini öyrənmək və sənədləşdirmək üçün beynəlxalq nümayəndələr Qarabağa gəlməlidir.
Qeyd edək ki, Qlobal İrs Fondu 2002-ci ildən beynəlxalq səviyyədə fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. Fond 19 ölkədə 100-dən çox dövlət və özəl təşkilatla əməkdaşlıq edir.