Bakı. Trend:
Qarabağda ərazilərin minalanması insanların öz torpaqlarına geri dönməsini ləngidir.
Bunu bu gün ADA universitetində keçirilən beynəlxalq konfransdan sonra Trend-ə özəl açıqlamasında ICOMOS-un vitse-prezidenti Zeynep Gül Ünal deyib.
O qeyd edib ki, ərazilərin minalanması probleminə beynəlxalq sistem diqqət yetirməlidir:.
“Təəssüf ki, minalar dünyanın hər yerində müharibələrdə istifadə edilən bir vasitədir.
Qarabağda ərazilərin minalanması insanların öz torpaqlarına geri dönməsini ləngidir. Hər platformada bu problem dilə gətirilməlidir, məsələyə göz yumulmamalıdır”,- deyə o əlavə edib.
Qeyd edək ki, bu gün ADA Universitetində Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair UNESCO Konvensiyalarının Rolu” mövzusunda beynəlxalq konfrans keçirilir.