...

Qəbələ və Avazada gənclər üçün kurslar təşkil olunacaq - Ərdoğan

Siyasət Materials 14 Dekabr 2022 13:23 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Gənclərimizin dilimizi, dinimizi, mədəniyyətimizi daha yaxşı tanıması istiqamətində yeni bir addım atdıq.

Trend-in məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanda keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, hər il gənclərimiz Qəbələdə və Avazada müəyyən müddət təhsil alacaq.

"Bu vasitə ilə onlar həm Qəbələni, həm Avazanı tanıyacaq. Bununla da gənclərimiz dil, din, tarixi cəhətdən çox daha fərqli dünyagörüşə sahib olacaqdır", - deyə R.T.Ərdoğan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti