...

Qazı Vardanyan özü kəsib - Ermənilərin növbəti yalanı ifşa olundu

Siyasət Materials 16 Dekabr 2022 13:14 (UTC +04:00)

Bakı. Trend:

Qarabağdakı qanunsuz erməni dəstələri yalan məlumatlar tirajlamaqda davam edirlər. Xəbər verdiyimiz kimi, azərbaycanlıların Rusiya sülhməarmlılarının müvəqqəti məsuliyyət zonasında dinc aksiyaları 5 gündür, davam edir.

Azərbaycanlıların dinc aksiyaları davam etdiyi müddətdə Ruben Vardanyan və onun başçılıq etdiyi şəxslər saxta xəbərlər tirajlamağa başlayıblar.

Əvvəlcə Şuşa-Laçın yolundakı dinc aksiyanı “ermənilərin blokadaya alınması və humanitar fəlakət” kimi təqdim etmək istədilər. Lakin bu cəhdləri baş tutmadı. Çünki aksiya iştirakçıları bütün humanitar məqsədlərlə yolun açıq olduğunu bildirdilər. Hətta bir neçə dəfə Rusiya sülhməramlılarına aid təminat maşınları da yoldan maneəsiz şəkildə keçdilər. Bir sözlə, Vardanyanın komandasının bu yalanı ifşa olundu.

Növbəti dəfə isə Vardanyan erməniləri daha acıncaqlı vəziyyətdə göstərmək üçün Qarabağda yaşayan ermənilərin qaz təminatını dayandırmışdı. Lakin bu addım ilk növbədə həmin ərazidə yaşayan ermənilər tərəfindən ciddi narazılıqla qarşılandı. Nəticədə isəVardanyanın komandasının bu addımı "uğurlu" nəticə vermədi və qaz təminatı bərpa olundu.

Bundan sonra isə Vardanyan gülünc açıqlama verərək "Azərbaycan tərəfi qazı kəsmişdi, indi də qeyd-şərtsiz açıb" deyə bildirdi. Sülhməramlıların müvəqqəti nəzarətində olan ərazidə qazın kəsilməsinin Azərbaycanın heç bir əlaqəsi yoxdur. Qarabağda yaşayan ermənilər növbəti dəfə Vardanyan kimilərin əlində alətə çevrilir.

Xəbər lenti

Xəbər lenti