...

Pakistanın ictimai təşkilatları azərbaycanlı ekoloji fəalları dəstəkləyir

Siyasət Materials 16 Dekabr 2022 19:33 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın “Gənclər Diplomatiya Forumu” və “Dayanıqlı İnkişaf üzrə Qlobal Strategiya İnstitutu” ictimai təşkilatları Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar azərbaycanlı ekoloji fəalların dəstəyinə qoşulub.

Trend-in cümə günü verdiyi məlumata görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ətraf mühitin monitorinqi ekoloqlar və könüllülər tərəfindən aparılmalıdır, təbii sərvətlərin istismarı yalnız Azərbaycan qanunvericiliyinə uyğun olaraq həyata keçirilə bilər.

Dayanıqlı İnkişaf üzrə Qlobal Strategiya İnstitutunun bəyanatında deyilir: "Ekoloji terrora son qoyulması və günahkarların məsuliyyətə cəlb edilməsi regionda sülhün qorunmasına kömək edəcək".

Qeyd etmək lazımdır ki, Pakistanın sözügedən ictimai təşkilatları İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzi İdarə Heyətinin bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi yolunda keçirilən ekoloji aksiyaya dəstəyi haqda qəbul etdiyi bəyanata cavab olaraq müavfiq bəyanatlarla çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti